Ana Sayfa > Gündəm > Qoşqar Təhməzli:

Qoşqar Təhməzli:


17-05-2019, 15:05. Yazar: sevinc1
Qoşqar Təhməzli:


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Turizm Agentliyi ilə birgə yay mövsümü ilə əlaqədar istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri həyata keçirir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, istehlakçıların sağlam qida ilə təmin olunması üçün Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonaları nəzarətə götürülüb.

Q.Təhməzli qeyd edib ki, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması üçün mövcud olan standartlar beynəlxalq standartlara uyğundur:


“Azərbaycanın bitkiçilik məhsullarının ixracı Avropa bazarlarına geniş vüsət alıb. Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur".

aia.az
Geri dön