Ana Sayfa > Dünya > Rusiya 21 ton Türkiyə pomidorunu qəbul etmədi

Rusiya 21 ton Türkiyə pomidorunu qəbul etmədi


16-05-2019, 10:32. Yazar: sevinc1
Rusiya 21 ton Türkiyə pomidorunu qəbul etmədi




Rusiya Türkiyədən göndərilən 21 ton pomidoru geri göndərib.



Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya təsərrüfatı mallarının laboratoriyası agentliyi “Rosselhoznadzor”un açıqlamasında, “Krasnodar vilayəti və Adige idarəsinin əməkdaşları, Türkiyədən “Avrasiya” adlı gəmi ilə Tuapse limanına gətirilən 21 ton pomidoru analiz edərkən ölkəmizdə qadağan olan canlı Cənubi Amerika güvəsi aşkarlandı” deyilib.



Xatırladaq ki, ötən il Rusiya Türkiyədən göndərilən 30 min ton meyvə-tərəvəzi geri göndərmişdi. Buna səbəb kimi göndərilən kənd təsərrüfatı mallarında zərərvericilərin aşkarlandığı bildirilmişdi.

aia.az
Geri dön