Ana Sayfa > Dünya > ABŞ-da mal əti dükanlardan yığışdırıldı

ABŞ-da mal əti dükanlardan yığışdırıldı


15-05-2019, 10:45. Yazar: sevinc1
ABŞ-da mal əti dükanlardan yığışdırıldı


ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb. Bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə Federal Mərkəzin yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir.

İnfeksiyanın yayılma mənbəyi kimi dükanlarda satılan mal ətindən hazırlanmış farş göstərilir. Bununla əlaqədar olaraq ticarət şəbəkələrindən 75,5 ton mal əti yığışdırılıb.

aia.az
Geri dön