Ana Sayfa > Karusel / Cəmiyyət > İşgəncə verməkdə təqsirləndirilən rəis müavininə cəza verilmədi

İşgəncə verməkdə təqsirləndirilən rəis müavininə cəza verilmədi


14-05-2019, 15:56. Yazar: sevinc1
İşgəncə verməkdə təqsirləndirilən rəis müavininə cəza verilmədi


İşgəncə etməkdə təqsirləndirilən polis-polkovniki Əliqulu Ağaliyevin məhkəməsi bitib.

Bakupost.az-ın məlumarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin hökmü ilə Ə.Ağaliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağamaliyevə cəza təyin edilməyib.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini vəzifəsində işləyib.

aia.az
Geri dön