Ana Sayfa > Karusel / Gündəm > Nazirlər Kabinetindən dövlət qurumlarına

Nazirlər Kabinetindən dövlət qurumlarına


10-05-2019, 16:17. Yazar: sevinc1
Nazirlər Kabinetindən dövlət qurumlarına


Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları bütün idarə və təşkilatalara, o cümlədən dövlət qurumlarına, nazirliklərə göndərilib.



Modern.az-ın məlumatına görə, xidməti istifadə üçün nəzərdə tutulmuş normalara bu aydan etibarən riayət olunması tələbi qoyulub.



Nazirlər Kabineti tərəfindən daxil olmuş təlimatda bütün rəsmi məlumatların yayılması, eləcə də müxtəlif yazışmalarda Orfoqrafiya Normalarına riayət olunması tələb edilir.



Qeyd edək ki, Baş nazir Azərbaycan dilinin Orfoqrafiya Normalarını təsdiqləyib.



Qərara əsasən yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.



aia.az
Geri dön