Ana Sayfa > İqtisadiyyat > Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Office 365" lisenziyalarının satın alınması ilə bağlı müsabiqə elan edir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Office 365" lisenziyalarının satın alınması ilə bağlı müsabiqə elan edir


2-05-2019, 18:29. Yazar: sevinc1
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Office 365" lisenziyalarının satın alınması ilə bağlı müsabiqə elan edir


“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Office 365 lisenziyalarının satın alınması ilə əlaqədar açıq müsabiqə elan edir.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 15 may 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 15 may 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərflər 21 may 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

aia.az
Geri dön