Ana Sayfa > Karusel / Dünya > Ukraynanın yeni prezidenti müsəlmanlardan üzr istədi

Ukraynanın yeni prezidenti müsəlmanlardan üzr istədi


1-05-2019, 16:23. Yazar: sevinc1
Ukraynanın yeni prezidenti müsəlmanlardan üzr istədi


Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskiy "112 Ukrayna” kanalının efirində müsəlmanlardan üzr istəyib.

Buna səbəb Çeçenistanın rəhbəri Ramzan Kadırovun ağlayan başı ilə hazırlanan video çarx olub.

"Məsələ Kadırovla bağlı deyil. Orada videonu kəsmişdilər. Bu kəsik videoya isə Ramzan Kadırovun ağladığı kadr düşüb. Ümumiyyətlə din barədə məsələlərdə ehtiyatlı olmaq lazımdır”, -deyə Zelenskiy bildirib.

Zelenskiy bildirib ki, ona zəng edərək bu video barədə məlumat veriblər. Çünki Kadırov dua etdikdən sonra ağlayıb:

"Burada vəziyyət müsəlman dünyasına aiddir. Bu məni dayandırdı. Mən dedim ki, məsələni tam bilmirəm və bunu öyrənəcəm”.

Ölkə.az
Geri dön