Ana Sayfa > Gündəm > “Veysəloğlu” Qrup Beynəlxalq Talassemiya gününə həsr olunan qanvermə aksiyası keçirib

“Veysəloğlu” Qrup Beynəlxalq Talassemiya gününə həsr olunan qanvermə aksiyası keçirib


1-05-2019, 12:50. Yazar: sevinc1
“Veysəloğlu” Qrup Beynəlxalq Talassemiya gününə həsr olunan qanvermə aksiyası keçirib



“Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə askiyasını həyata keçirib.

Trend-in məlumatına görə, asksiya 8 May “Beynəlxalq Talassemiya gününə” həsr olunub. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyasında “Veysəloğlu” MMC, “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, həmçinin “Xonça” şirniyyat istehsalatının əməkdaşları fəal iştirak ediblər.

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il Şirkətlər Qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Xəstəliyin əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulur.


aia.az
Geri dön