Ana Sayfa > Media > Azərbaycanda uşağa Qansız, Bostan adı qoymaq istəyiblər

Azərbaycanda uşağa Qansız, Bostan adı qoymaq istəyiblər


30-04-2019, 19:09. Yazar: sevinc1
Azərbaycanda uşağa Qansız, Bostan adı qoymaq istəyiblər


"Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.

aia.az-ın "Report”a istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: "Valideynlər tərəfindən övladlarına Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Göygöz və Məşti adlarının qoyulmasının qarşısı alınıb. Bu adlar tövsiyə edilmədiyi üçün həmin adların uşaqlara qoyulmasına icazə verilməyib”.


aia.az
Geri dön