Ana Sayfa > Karusel / Dünya > AST Telmanın da Beynəlxalq Bankda krediti varmış

AST Telmanın da Beynəlxalq Bankda krediti varmış


29-04-2019, 17:49. Yazar: sevinc1
AST Telmanın da Beynəlxalq Bankda krediti varmış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.



aia.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə Beynəlxalq Bankın Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev şahid kimi ifadə verərək silsilə faktlar açıqlayıb.



O deyib ki, onu həmin vəzifəyə C.Hacıyev təyin edib: “Cahangir Hacıyevin tapşırığı ilə bankdan ayrılan pulla Qazaxıstanda "Kultuk" neft yatağı alındı, yataq üçün 16 milyon dollar ödəndildi.



Yataq öncə bir neçə şəxsin adına rəsmiləşdi, bank tərəfdən isə əməkdaş Hətəm Həsənovun adına 60 faiz səhm alındı. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, səhmlər Cahangir Hacıyevin adına rəsmiləşdirildi. Hazırda Qazaxıstanda bu işlə bağlı məhkəmə çəkişməsi gedir.



Rusiyada yaşayan biznesmen Telman İsmayılov da bankdan 70 milyon dollar kredit götürmüşdü. Odessa şəhərində ticarət mərkəzlərinin inşası üçün müraciət etmişdi, ona kredit verildi. Lakin Telman İsmayılovun biznesində problemlər yarandığı üçün kreditləri ödəyə bilmədi. Sonra Telman İsmayılov özünün 4 şirkətini Cahangir Hacıyevin yaxını Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə ötürdü.



Bundan başqa, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Faizi ödəsə də, əsas borcu ödəməmişdi”.

aia.az
Geri dön