Ana Sayfa > Dünya > Ankarada 1 mayda terror planlaşdırılırmış

Ankarada 1 mayda terror planlaşdırılırmış


29-04-2019, 17:05. Yazar: sevinc1
Ankarada 1 mayda terror planlaşdırılırmış


Türkiyənin paytaxtı Ankarada 1 May bayram mitinqləri zamanı terror aktları həyata keçirməyi planlaşdıran 22 İŞİD üzvü saxlanılıb.

Trend-in məlumatına görə, saxlananlardan 17 nəfəri İraq, digərləri Suriya vətəndaşıdır.

Polisin evlərdə apardığı axtarışlar zamanı çoxlu sayda odlu silah və partlayıcı maddələr aşkar edilib.

Qeyd edək ki, bu gün Trabzonda da 5 İŞİD üzvü saxlanılmışdı.

aia.az
Geri dön