Ana Sayfa > Karusel / Gündəm > Ceyhun Osmanlı anasının işdən çıxarılması xəbərindən danışdı -

Ceyhun Osmanlı anasının işdən çıxarılması xəbərindən danışdı -


25-04-2019, 17:50. Yazar: sevinc1
Ceyhun Osmanlı anasının işdən çıxarılması xəbərindən danışdı -


Məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlı açıqlama verib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib: "Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi. Daha sonra yenə işinin başına qayıdıb”.

Gimnaziya bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

Təhsil Nazirliyi isə xəbəri təsdiqləməyib və bildirilib ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifədən uzaqlaşdırılmayıb. (qafqazinfo.az)


**

14:43

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

aia.az Criminal.az saytına istinadən xəbər verir ki, direktorla bağlı qərar bu gün açıqlanıb.

Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib.


aia.az
Geri dön