Ana Sayfa > Karusel / Siyasət > Rəsmi Bakıdan ABŞ-ın Kolorado ştatının Senatına

Rəsmi Bakıdan ABŞ-ın Kolorado ştatının Senatına


25-04-2019, 12:31. Yazar: sevinc1
Rəsmi Bakıdan ABŞ-ın Kolorado ştatının Senatına


Ermənistan KİV-ləri ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi barədə xəbər yayıblar.

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xəbərə münasibət bildirib.

XİN-in mətbuat katibi Leyla Abdullayeva “ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz” sualına belə cavab verib:


“24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik Senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir.

Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya, həmin qurumun tanıması kimi təqdim etməyə cəhd etmişdir. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.

Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub".

aia.az
Geri dön