Ana Sayfa > Karusel / Cəmiyyət > Özünü çaya atan qadının meyiti sudan çıxarıldı

Özünü çaya atan qadının meyiti sudan çıxarıldı


25-04-2019, 10:54. Yazar: sevinc1
Özünü çaya atan qadının meyiti sudan çıxarıldı


Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.

aia.az-ın ONA-ya istinadən məlumatına görə, axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

İntihar edən qadının axtarışları ötən gün və bu gün davam etdirilib.

Bu gün səhər saatlarında A.Dadaşovanın meyiti sudan çıxarılaraq Salyan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön