Ana Sayfa > Karusel / Dünya > Rəsmi Ankara:

Rəsmi Ankara:


24-04-2019, 13:06. Yazar: sevinc1
Rəsmi Ankara:


Rəsmi Ankara Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı xəbərlərə reaksiya verib.


Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara S-400-lər Azərbaycana və Qətərə vermək niyyətində deyil.


O qeyd edib ki, söhbət S-400-lərin Azərbaycana və Qətərə verilməsi planlarından getmir.


“Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb”-deyə M.Çavuşoğlu bildirib.

Nazir deyib ki, Türkiyə Rusiya ilə saziş bağlayıb və indi onların göndəriləcəyi vaxtı razılaşdırır.

Həmçinin qeyd edib ki, Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək.

“Xüsusən də, bu ölkələr arasında (Azərbaycan və Rusiyanı nəzərdə tutur-red) yaxşı münasibətlər var" - deyə M. Çavuşoğlu əlavə edib.


Xatırladaq ki, Türkiyə mətbuatı S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsindən sonra həmin sistemlərin Qətər ya da Azərbaycanda yerləşdirilməsinin müzakirə mövzusu olduğunu yazmışdı.


Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

aia.az
Geri dön