Ana Sayfa > Karusel / Media > 28 il komada qalan qadın oyandı

28 il komada qalan qadın oyandı


24-04-2019, 11:49. Yazar: sevinc1
28 il komada qalan qadın oyandı




Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıMunira Abdulla 32yaşında keçirdiyi qəzadan sonrakomaya düşüb və 28 il sonra oyanıb.

BBCxəbər verir ki, Munira Abdulla 1991-ci ildə, avtobusqəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnsə də, uşağa bir şey olmayıb. İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:

"Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var”, - deyə o bildirib.

Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində isə yenidən həyata göz açanMunira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.

aia.az
Geri dön