Ana Sayfa > Media > Bu da dünyanın ən böyük eşşəyi

Bu da dünyanın ən böyük eşşəyi


23-04-2019, 16:54. Yazar: sevinc1
Bu da dünyanın ən böyük eşşəyi


İngiltərənin Linkolnşayr vilayətindətki təbii qoruqda yaşayan 5 yaşlı Derrik adlı uzunqulaq dünyanın ən böyük uzunqulağı ola bilər.

Uzunqulağın hündürlüyü 170 sm-dir. Amma nəhəng heyvan böyüməyə davam edir.

Qoruq rəsmisi Treysi Gerton bildirib ki, uzunqulaqlar 7 yaşına qədər böyüyür. Bu səbəbdən Derrikin hələ iki ili var. Derrik amerikan mamut eşşəyi cinsindəndir. Bu cinsə məxsus uzunqulaqlar dünyanın ən böyük uzunqulaqları sayılır.

2013-cü ildə isə "Ginnesin Rekordlar Kitabı”na dünyanın ən böyük eşşəyi kimi ABŞ-ın Texas ştatındakı 173 sm hündürlüyü olan Romulus düşüb. Hazırda Derrikin boyu 170 sm-dir və uzanmağa davm edir. Ehtimal edilir ki, Derrik Romulusun rekordunu yeniləyəcək.


aia.az
Geri dön