Ana Sayfa > Gündəm > Müdafiə Nazirliyi meyiti tapılan əsgərlərlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi meyiti tapılan əsgərlərlə bağlı məlumat yaydı


23-04-2019, 14:38. Yazar: sevinc1
Müdafiə Nazirliyi meyiti tapılan əsgərlərlə bağlı məlumat yaydı


Müdafiə Nazirliyi qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat yayıb.

aia.az-ın nazirliyin saytına istinadən məlumatına görə, mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

aia.az
Geri dön