Ana Sayfa > Karusel / Gündəm > Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı


20-04-2019, 10:30. Yazar: sevinc1
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı


Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqındaqərarverib.

Müvafiq sənədi aprelin 20-də baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiq edilib.

Mərkəz işçilərinin say həddi 17 ştat vahidi müəyyən olunub.

Monitorinq Mərkəzinin aylıq əməkhaqqı fondu 10 080 (on min səksən) manat məbləğində müəyyən edilib.



aia.az
Geri dön