Ana Sayfa > Manşet / İdman > Bakıda keçirilən "Formula-1" yarışlarını neçə milyon adam izləyib?

Bakıda keçirilən "Formula-1" yarışlarını neçə milyon adam izləyib?


19-04-2019, 17:00. Yazar: sevinc1
Bakıda keçirilən "Formula-1" yarışlarını neçə milyon adam izləyib?


Ötən il 83 milyon insan Bakıda keçirilmiş "Formula-1” Azərbaycan Qran-Prisini izləyib.

Bunu Bakı Şəhər Halqasının Kommersiya Şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

"Builki yarış üçün bilet satışı artıb. Xaricdən bilet satışı çoxalıb. Əsas məqsədimiz də məhz ölkəni daha çox xaricdə tanıtmaqdır. Bu il xaricdən bilet satışı 10 faiz çoxalıb.

Britaniya, Avstraliya, Hollandiyadan bilet alanların sayı artıb. Növbəti il üçün daha da çox bilet satışının həyata keçəcəyindən əminik”, - deyə o bildirib.

Xatırladaq ki, "Formula-1 Azərbaycan Qran Prisi” 26-28 apreldə keçiriləcək. (oxu.az)


aia.az
Geri dön