Ana Sayfa > Manşet / Gündəm > Türkiyənin aldığı S-400-lər Azərbaycanda yerləşdiriləcək

Türkiyənin aldığı S-400-lər Azərbaycanda yerləşdiriləcək


16-04-2019, 15:49. Yazar: sevinc1
Türkiyənin aldığı S-400-lər Azərbaycanda yerləşdiriləcək


Türkiyə Rusiyadan aldığı S-400-ləri (zenit-raket sistemi) müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirə bilər.



Bakupost.az-ın xəbərinə görə, bu iddia ilə Türkiyənin "Sabah” qəzeti çıxış edib.



Türkiyənin Rusiyadan alacağı S-400 raketləri qardaş ölkənin ABŞ –la arasını açıb. Amerikanın dövlət katibi Türkiyəni Rusiyadan bu raketləri alacaqları təqdirdə iqtisadi baxımdan çətin günlərin gözlədiyini açıqlayıb.


Qeyd edək ki, S-400 Zenit Roket Sistemi elektron müharibə şəraitində və digər mübarizə tədbirləri altında strateji və taktiki təyyarələrin, ballistik raketlərin, hipersonik hədəflərin və hava hücumlarının digər vasitələrini məhv etmək üçün nəzərdə tutulub. Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər məsafədə aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir.


aiaşaz
Geri dön