Ana Sayfa > Karusel / Gündəm > Problemli kreditlərə görə təzminat alacaq şəxslərin

Problemli kreditlərə görə təzminat alacaq şəxslərin


15-04-2019, 11:43. Yazar: sevinc1
Problemli kreditlərə görə təzminat alacaq şəxslərin


Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (pk.fimsa.az) açıqlayacaq.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


İqtisadçı deputatın sözlərinə görə, təzminat alacaq vətəndaşların sayının 400-600 min arası olduğu təxmin edilir:


“Dəqiq say siyahı açıqlananda biləcəyik”.


V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı Prezidentin verdiyi fərmanın vaxtında yerinə yetiriləsi üçün ciddi iş gedir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

aia.az
Geri dön