Ana Sayfa > Ölkə > Polis oğurluq edən bu şəxsi axtarır -

Polis oğurluq edən bu şəxsi axtarır -


13-04-2019, 17:28. Yazar: sevinc1
Polis oğurluq edən bu şəxsi axtarır -


Tovuzda polis oğurluq edən bu şəxsi axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


aia.az
Geri dön