Ana Sayfa > Ölkə > 5 avtobusun hərəkət yolu dəyişdirildi

5 avtobusun hərəkət yolu dəyişdirildi


12-04-2019, 18:05. Yazar: sevinc1
5 avtobusun hərəkət yolu dəyişdirildi


Aprel ayının 12-də axşam saatlarından etibarən 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə aia.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, dəyişikliyə səbəb Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində aparılan təmir işləridir:

“Belə ki, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək”.

aia.az
Geri dön