Ana Sayfa > Manşet / Siyasət > Prezident Matviyenkoya orden verdi - FOTO

Prezident Matviyenkoya orden verdi - FOTO


12-04-2019, 12:53. Yazar: sevinc1
Prezident Matviyenkoya orden verdi - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın "Dostluq” ordenini təqdim edib.


Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.

aia.az
Geri dön