Ana Sayfa > Manşet / Media > 2019-cu ilin ən yaxşı fotosu seçilib

2019-cu ilin ən yaxşı fotosu seçilib


12-04-2019, 09:40. Yazar: sevinc1
2019-cu ilin ən yaxşı fotosu seçilib


ABŞ və Meksikanın sərhədində ağlayan qızcığazın şəkli "World Press Photo" təşkilatı tərəfindən ilin ən yaxşı fotoşəkli seçilib.

Bu barədə Amsterdamda keçirilən təntənəli mərasimin yekunları üzrə beynəlxalq müsabiqənin təşkilatçılarının yaydıqları press-relizdə deyilir.

Fotoqraf Con Mur tərəfindən çəkilən şəkildə Hondurasdan olan Yanela adlı qızcığaz ABŞ sərhəd xidmətinin əməkdaşı onun anası Sandra Sançesin üstünə baxış keçirdiyi zaman ağladığı yerdə əks etdirilib.



aia.az
Geri dön