Ana Sayfa > Karusel / Dünya > Ermənistanda hərbçiləri daşıyan maşın aşdı:

Ermənistanda hərbçiləri daşıyan maşın aşdı:


12-04-2019, 09:37. Yazar: sevinc1
Ermənistanda hərbçiləri daşıyan maşın aşdı:


Ermənistanın Sünik vilayətində ZİL markalı hərbi yük maşını qəzaya uğrayıb.

BakuPost.az-ın məlumatına görə, hadisə nəticəsində on nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məlumata görə, naməlum şəraitdə Mehridən Naxçıvan sərhədinə gedən yolda üzərində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olan ZİL avtomobili yoldan kənara çıxıb və aşıb. Əsasən sınıq xəsarətləri almış 10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb.

Hadisə yerində hərbi polis işləyir, yaralıların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

aia.az
Geri dön