Ana Sayfa > Manşet / Təhsil > Bütün məktəblərdə pəncərələr ləğv edilir -

Bütün məktəblərdə pəncərələr ləğv edilir -


11-04-2019, 15:19. Yazar: sevinc1
Bütün məktəblərdə pəncərələr ləğv edilir -


162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir.

Bakupost.az-a daxil olan məlumata görə, intihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib.

Belə ki, daxil olan məlumata görə, nazirlik bütün məktəblərə qeyri-rəsmi formada tapşırıq verib ki, yuxarı mərtəbələrdə pəncələri ləğv etsinlər. Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlılar quraşdırılır.

Mənbə deyir ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncələr ləğv edilib.

aia.az
Geri dön