Ana Sayfa > Manşet / Cəmiyyət > Baş nazirin müavini hadisə yerində - YENİLƏNİB

Baş nazirin müavini hadisə yerində - YENİLƏNİB


10-04-2019, 15:00. Yazar: sevinc1
Baş nazirin müavini hadisə yerində - YENİLƏNİB


Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.

Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.

Qeyd edilib ki, yanğından zərər çəkən 23 məcburi köçkün ailəsi müvəqqəti evlərlə təmin olunacaq.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə deyib ki, bu gün axşama kimi zərərçəkənlər kirayə evlərlə təmin olunacaqlar: "Bununla bağlı komissiya yaradılıb". (Report)

* * *

Baş nazirin müavini Əli Əhmədov yanğın baş verən əraziyə - məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunun qarşısına gəlib.

Hazırda o, binaya baxış keçirir, məcburi köçkünlərlə görüşür.

aia.az
Geri dön