Ana Sayfa > Cəmiyyət > Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb


6-04-2019, 17:09. Yazar: sevinc1
Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb


Bakıda 3 gün əvvəl özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan aia.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Yelena Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

aia.az
Geri dön