Ana Sayfa > Siyasət > “Bu, Qarabağa dönüş yaratmış bir zəfərdir” - Ülvi Mehdiyev

“Bu, Qarabağa dönüş yaratmış bir zəfərdir” - Ülvi Mehdiyev


3-04-2019, 18:34. Yazar: sevinc1
“Bu, Qarabağa dönüş yaratmış bir zəfərdir” - Ülvi Mehdiyev



"Bu gün 3 il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir zəfərdir".

BakuPost xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Agentlik sədri bildirib ki, bu döyüşlərdə torpaqlarımızın bir hissəsi işğaldan azad edildi.

"Bütünlüklə cəmiyyətə, eləcə də beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik".

Ü.Mehdiyev qeyd edib ki, hazırda 10 Aprel qazisi "ASAN-xidmət" mərkəzlərində çalışır.

"Eləcə də bir neçə şəhid ailəsinin üzvləri "ASAN-xidmət" mərkəzlərində müvafiq işlə təmin olunub. Ümumiyyətlə dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət ayırır".

aia.az
Geri dön