Ana Sayfa > Cəmiyyət > Bakıda bıçaqla satıcını hədələyərək pul alan yeniyetmə tutulub

Bakıda bıçaqla satıcını hədələyərək pul alan yeniyetmə tutulub


2-04-2019, 17:13. Yazar: sevinc1
Bakıda bıçaqla satıcını hədələyərək pul alan yeniyetmə tutulub



Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön