Ana Sayfa > Manşet / Gündəm > Şəhid hərbçimizin anasına göndərdiyi son FOTO

Şəhid hərbçimizin anasına göndərdiyi son FOTO


27-03-2019, 10:57. Yazar: sevinc1
Şəhid hərbçimizin anasına göndərdiyi son FOTO


Martın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.



Modern.az xəbər verir ki, tanınmış jurnalist Elçin Alıoğlu şəhid Əlləz Əlləzovun anasının ona yolladığı son fotonu sosial şəbəkədə paylaşıb.



E.Alıoğlu şəhid hərbi qulluqçu ilə bağlı təəsüratlarını belə izah edir:



“Siqaretlər səhərədək bir-birinə calandı. Batmanla gələn kədərdi. Fəqət, həm də qürurdu, ləyaqətdi, şərəfdi. Boğazı ələm sıxanda gözlər də sevgidən işararmış.



Fizuli rayonunda şəhid düşmüş ulus oğlum Əlləzov Əlləz Ələddin oğlu. Məhz ulusun oğlu, çünki şəhadətə qədər o, anasının oğlu, atasının övladı idisə, indi millətin varidatıdı.



Bu foto Əlləzin anasına yolladığı son şəklidi. Gülümsəyir. Bütün şəhidlərimiz kimi.

Nə bəxtəvər sizə, ey barxudarlar!



Əlləz Qazaxda, kiçik, doğma, qanımın içində dövran edən dədəmin dədəsinin yurdu Yuxarı Salahlıda doğuldu.
Azərbaycanda şəhidliyə pərvəriş etdi.



Çünki Qazax mənə, Əlləzə, Əhmədə, Məmmədə, Əliyə nə qədər əzizdisə, Fizuli də o qədər doğma və dəyərdi. Bəlkə, ondan da ötədi".



"Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış, duruyor Peyğəmbər..."

Alnından öpürəm, şəhidim!

İctihadın mübarək, gözəl oğul.
İnşallah, görüşərik!




aia.az
Geri dön