Ana Sayfa > Ölkə > Ağstafada aztəminatlı ailələrinə Novruz sovqatları paylanıldı - FOTOLAR

Ağstafada aztəminatlı ailələrinə Novruz sovqatları paylanıldı - FOTOLAR


19-03-2019, 12:42. Yazar: sevinc1
Ağstafada aztəminatlı ailələrinə Novruz sovqatları paylanıldı - FOTOLAR



Hər il olduğu kimi bu Novruz bayramında da Ağstafada rayonun aztəminatlı ailələrinə sovqatlar paylanıldı. Müəyyən ailələr üzrə tərtib olunmuş siyahıya əsasən bayram sovqatları Ağstafa rayon İcra hakimiyyətində paylanıldı. Sovqatları qəbul edən sakinlər onlara göstərilən bu cür diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. İcra başçısının 1-ci müavini Ramiz Tatarov aztəminatlı ailələri təbrik edərək, onların problem və qayğılarının daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirib.

AİA.AZ






Geri dön