Ana Sayfa > Karusel / Gündəm > Baş prokurordan yeni TƏYİNAT

Baş prokurordan yeni TƏYİNAT


19-03-2019, 11:23. Yazar: sevinc1
Baş prokurordan yeni TƏYİNAT


Baş Prokurorluğun mətbuat xidmətində yeni təyinat olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə, mətbuat xidmətinin prokuroru Kənan Zeynalova xidmətin böyük prokuroru vəzifəsinin icrası həvalə olunub.

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur. (ONA)

aia.az
Geri dön