Ana Sayfa > Manşet / Ölkə > Ağstafa Aqroparkda Novruz bayramı böyük çoşqu ilə qeyd edildi - FOTOLAR

Ağstafa Aqroparkda Novruz bayramı böyük çoşqu ilə qeyd edildi - FOTOLAR


19-03-2019, 11:00. Yazar: sevinc1
Ağstafa Aqroparkda Novruz bayramı böyük çoşqu ilə qeyd edildi - FOTOLAR



18 mart 2019-cu ildə Rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təşkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “Novruz yarmarkası konserti” keçirildi.

aia.az xəbər verir ki, bayramda rayon İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon və bölgə sakinləri iştirak edirdi. Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş Ağstafa Aqroparkda keçirilən bayram tədbirində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub. Bildirildi ki, Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti dolayı şəkildə önə çəkilmişdir. İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Səhnədə tanınmış incəsənət nümayəndələri–Abbas Bağırov, Mətanət İsgəndərli, Zakir Əliyev, Mirələm Mirələmov, Sevil-Sevinc bacıları, aşıq Əli və Samirə, Tural Bayramov öz maraqlı çıxışları ilə bayram konsertini izləyənlərə xüsusi zövq qatıblar.

aia.az









Geri dön