Ana Sayfa > Cəmiyyət > İsmayıllıda qəza - 2 nəfər xəsarət aldı

İsmayıllıda qəza - 2 nəfər xəsarət aldı


18-03-2019, 16:42. Yazar: sevinc1
İsmayıllıda qəza - 2 nəfər xəsarət aldı


İsmayıllıda avtomobil qəzası olub.

Trend-in məlumatına görə, qəza bu gün günorta saatlarında qeydə alınıb. Qaraməryəm - İsmayıllı yolunda "VAZ 2107" ilə toqquşan "Mercedes" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəzada xəsarət alan 1955-ci il təvəllüdlü Qarayev Niyaz Ağalar oğlu və 1965-ci il təvəllüdlü Allahverdiyev Əkrəm Haqverdi oğlu təcili tibbi yardımla xəstəxanaya çatıdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hər iki şəxs hazırda reanimasiya şöbəsindədir. Onların xəsarətləri isə pnevmotoraks, çoxsaylı qabırğa sınıqlarıdır.

aia.az
Geri dön