Ana Sayfa > Karusel / Cəmiyyət > Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz yoxdur

Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz yoxdur


18-03-2019, 09:33. Yazar: sevinc1
Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz yoxdur


Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

Bu barədə BakuPost-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".


aia.az
Geri dön