Ana Sayfa > Dünya > Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi

Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi


18-03-2019, 09:00. Yazar: sevinc1
Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi


ABŞ-da Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt əkiz dünyaya gətirib.

Bu barədə yerli xəstəxana "Facebook" sosial şəbəkəsində yazıb. Qeyd olunur ki, qadın 4 oğlan və 2 qız uşağını səhər 04:50 - 04:59 müddəti ərzində dünyaya gətirib.

Xəstəxana nümayəndələri qeyd edir ki, 6 uşağı dünyaya gətirmək şansı 1-in 4,7 milyardadır.

Dünyaya gələn uşaqlar və ana özlərini yaxşı hiss edirlər və həkimlərin nəzarəti altındadırlar.





aia.az
Geri dön