Ana Sayfa > İqtisadiyyat > Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 5247,9 min ton neft nəql olunub

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 5247,9 min ton neft nəql olunub


16-03-2019, 15:40. Yazar: sevinc1
Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 5247,9 min ton neft nəql olunub


2019-cu ilin ilk iki ayında magistral neft kəmərləri ilə 6459,6 min ton neft nəql edilib.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5247,9 min ton neft ötürülüb. Hesabat dövründə BTC kəməri ilə 752,7 min ton tranzit nefti də nəql edilib.

aia.az
Geri dön