Ana Sayfa > Manşet / Ölkə > Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir - FOTOLAR

Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir - FOTOLAR


16-03-2019, 12:21. Yazar: sevinc1
Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir - FOTOLAR




16-21 mart tarixlərində Ağstafada Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir. Yarmarkada iştirak edən Kənd təsərrüfat naziri İnam Kərimov təşkil olunan yarmarkaya baş çəkib, yaradılan şəraitlə maraqlanıbdır. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkadakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Ağstafa Aqroparkda yerləşən yarmarka martın 21-dək alıcıların ixtiyarında olacaq.

Sonra Ağstafa rayon İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev Kənd Təsərrüfat naziri İnam Kərimovu Ağstafa Aqroparkda yaradılan şəraitlə yaxından tanış etdi. Bildirildi ki, Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunubdur. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.

aia.az

















Geri dön