Ana Sayfa > Təhsil > ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib


15-03-2019, 10:36. Yazar: sevinc1
ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib






Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir Nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edərək, bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir: “Məsələn, 2006-cı ildə Azərbaycanda keçirilən ilk belə tədbirin mövzusu "Böyrəklərimiz qaydasındadırmı?" idi. Növbəti illərdə bir sıra böyrək xəstəliklərinə həsr olunmuş konfranslar təşkil edilib. Belə bir tədbirin keçirilməsi ümumiyyətlə, çox önəmli və təqdirəlayiqdir. Bütün nefroloqlar yığılır, fikir və bilik mübadiləsi aparılır, elmi işlər müzakirə olunur”.

R. Bəylərov nefroloji xəstələrə dövlət qayğısından da danışıb. O qeyd edib ki, Tədris Terapevtik Klinikası 2011-ci ildən, yəni fəaliyyətə başlayan gündən, bu tarixi qeyd edir: “İndi ölkəmizdə terinal xronik böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası üçün lazim olan xərcləri dövlət proqramı əsasında Səhiyyə Nazirliyi öz üzərinə götürüb. Digər ölkələrdə isə belə deyil. Bu da dövlətimizin böyrək xəstəliyindən əziyyət çəkən insanlara olan diqqət və qayğısından xəbər verir”.

Qeyd edək ki, tədbirdə, AR Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri Professor M. Ağayev və M.Cavadzadə adına RKUX-un Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. F.Babayev “Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2018-ci il reqistri”, ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov, t.ü.f.d. Mədinə Hacıyeva “Uşaqlarda xronik qlomerulonefritin morfoloji xüsusiyyətləri”, -Ə.Əliyev ad. ADHTİ-nun Nefrologiya kafedrasının müdiri, professor Fuad Sərdarlı, dosent Bəxtiyarova L., ass.Həsənov M., ass.Gəncəliyeva Q. “Hamilə qadınlarda yumaqcıq filtrasiya sürətinin təyininin

prioritet metodu”, Ə. Əliyev ad.ADHTİ-nin Hemodializ laboratoriyasının müdiri, professor, Həmidov İ.M., t.ü.f.d. Ağayev H.A. “Uzun müddət məcburi yataq rejimində olan xəstələrdə sidik turşusu, lipid, kalsium mübadilələrinin və parathormon səviyyəsinin tədqiqi”, Həziyev E.İ. “Onkoloji xəstəliklərin kimyəvi preparatlarla müalicəsi zamanı böyrəklərin zədələnməsi”, R.F. Heydərov adına DİN Hospitalının Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. Əhədov.... B “XX zamanı Hiperurikemiya Ürək-Damar ağırlaşmalarının risk faktoru kimi”, assisitent İsmayılova Ş.Q. “BXX zamanı C virusu Hepatitinin 2018-ci il KDİGO tövsiyələrinə əsasən müalicə prinsipləri”, Fərəcov E.İ. “Amiloid Nefropatiyası”, Əsgərli Ş.R., Həsənova L.Ə. “Hemoreologiyanın yaxşılaşdırılmasının böyrəklərin xronik xəstəliyinin konservativ müalicəsində rolu”, Nağdəliyev T.K. “Hemodializ xəstələrində arterial hipertenziyanın müalicəsi” assistent İbişova A.V. “Punksion böyrək biopsiyasında yetərlilik kriteriyalarının morfoloji meyarları”, Quluzadə X.M. “Autosom Dominant Böyrək Polikistozunun müalicəsinə yeni yanaşma”, Dos.Bəxtiyarova L.B., Prof. Sərdarlı F.Z., Həsənova M.Q., Sərdarova E.A. “Hepato-renal sindrom (kliniki müşahidə)”, Ənnağıyev Ə.Y., Cəlalov M.R. “Hemodializ müalicəsi alan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsində Pittsburq yuxu keyfiyyət indeksinin təyini” mövzularında çıxışlar ediblər.

aia.az





Geri dön