Ana Sayfa > Karusel / Media > “Facebook” və “Instagram”da problem

“Facebook” və “Instagram”da problem


14-03-2019, 02:00. Yazar: sevinc1
“Facebook” və “Instagram”da problem


"Facebook” və "Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.
BakuPost-un "RİA Novosti”yə istinadən məlumatına görə, dünyanın bir çox ölkəsindən olan sosial şəbəkə istifadəçiləri sözügedən problemlə rastlaşdıqları barədə məlumatlar paylaşıb.

"Facebook”un fəaliyyətindəki problemlər əsasən şəxsi profillərə daxil olmaqla bağlı yaranıb və Bakı vaxtı ilə saat 19:56-da meydana gəlib. Təxminən 35% istifadəçi şəbəkəyə daxil olmaqda, 33% istifadəçi isə şəxsi səhifələrini yeniləməkdə çətinliklərlə üzləşib.

"Instagram”da yaranmış problemlər isə Bakı vaxtı ilə təxminən saat 19:00-a təsadüf edib. Sözügedən problemləri araşdıran Downdetector portalının məlumatına görə, 48% istifadəçinin şikayəti xəbər lentini yeniləməklə, 32% istifadəçinin şikayəti isə şəxsi səhifələrinə daxil olmaqla bağlıdır.

Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

aia.az
Geri dön