Ana Sayfa > Karusel / Gündəm > Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi

Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi


13-03-2019, 16:49. Yazar: sevinc1
Qarabağ Komitəsinin mitinqinə icazə verilmədi


Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün BŞİH-nə müraciət edib.

aia.az
Geri dön