Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB


11-03-2019, 17:23. Yazar: sevinc1
Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

ONA xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzulayıb.

***

17.03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

aia.az
Geri dön