Ana Sayfa > Cəmiyyət > Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var


9-03-2019, 13:18. Yazar: sevinc1
Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var




Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.



aia.az
Geri dön