Ana Sayfa > Manşet / Gündəm > Millət vəkili Kamaləddin Qafarovun seçicilərlə görüşü

Millət vəkili Kamaləddin Qafarovun seçicilərlə görüşü


23-02-2019, 12:43. Yazar: sevinc1
Millət vəkili Kamaləddin Qafarovun seçicilərlə görüşü



Bakı şəhəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarovun fevralın 22-də YAP Binəqədi Rayon Təşkilatının binasında seçicilərlə görüşü olmuşdur. Millət vəkili hər bir seçicini fərdi qaydada qəbul edib, onların qaldırdıqları məsələləri dinləmişdir. Seçicilərin qaldırdıqları problemlər, əsasən, sosial yönümlü olmuşdur. Ayrı-ayrı sakinlər isə şəxsi məişət problemləri barədə millət vəkilinə müraciət etmişlər. Bəzi məsələlər yerindəcə həll edilmiş, digər problemlərin araşdırılması və həlli ilə bağlı konkret tapşırıqlar verilmişdir. Milli Məclisinin deputatı Kamaləddi Qafarov son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilən irimiqyaslı layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, Azərbaycanın iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq, gələcəkdə də yeni qələbələrə və uğurlara imza atmaq üçün seçiciləri daha fəal və qətiyyətli olmağa səsləmişdir.

K.Qafarov 2019-cu ildə ölkə qarşısında duran prioritet iqtisadi və siyasi hədəflərdən danışmışdır. O, qeyd etmişdir ki, bu il ölkə üzrə islahatların faktiki olaraq üçüncü inkişaf mərhələsinə qədəm qoyması, gələcəkdə Azərbaycana çox böyük iqtisadi və sosial dividentlər gətirəcəkdir. Mininmum əmək haqlarının, pensiyaların, müxtəlif adlı təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, sahibkarlığın intensiv inkişafına yönəlmiş vergi islahatları, struktur dəyişiklikləri, ictimai-iqtisadi və siyasi həyatın bütün sahələrində şəffaflıq, neqativ hallara qarşı barışmaz mübarizə bu islahatların ayrılmaz hissələridir.

Millət vəkili əmin oduğunu bildirmişdir ki, bu taleyüklü məslələrin həllində Binəqədi rayonunun bütün zəhmətkeşləri Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ətrafında sıx şəkildə birləşəcək, ölkəmizdə dayanıqlı

iqtisadi-siyasi sabitliyin bərqərar olması üçün daim dövlət və dövlətçiliyimizin qorunması üçün səylərini əsirgəməyəcəklər.

Görüşdə çıxış edən seçicilərdən Kəmalə Səmədova, Tərifə Abdulova, Güllər Cəfərova, Məzahir Orucov, Zümrüd Zülfüqarova və başqaları dövlətimizin son dövrdə Azərbaycan xalqının rifahının xeyli yaxşılaşmasına yönəlmiş tədbirləri bəyəndiklərini və yeni islahatları ürəkdən dəstəklədiklərini bildirmişlər.

aia.az











Geri dön