Ana Sayfa > Gündəm > Prezident Siyavuş Novruzovu TƏLTİF ETDİ

Prezident Siyavuş Novruzovu TƏLTİF ETDİ


16-02-2019, 14:42. Yazar: sevinc1
Prezident Siyavuş Novruzovu TƏLTİF ETDİ


Prezident İlham Əliyev Siyavuş Novruzovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BakuPost xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 17-də Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun 50 yaşı tamam olur.

aia.az
Geri dön