Ana Sayfa > Ölkə > Regionlarda Mənim Peşəm layihəsi keçirildi

Regionlarda Mənim Peşəm layihəsi keçirildi


15-02-2019, 12:24. Yazar: sevinc1
Regionlarda Mənim Peşəm layihəsi keçirildi


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində qalib olan Əmirov Azərin "Mənim Peşəm” adlı fərdi layihəsi həyata keçirilib.

Layihənin əsas məqsədi peşə sahələrinin gənclər arasında təbliği, gənclərə düzgün ixtisas seçimində təlimlər vasitəsi ilə yardımçı olmaqdır. Əsas istiqaməti yuxarı sinif şagirdlərinə peşə seçimində açıq səhnə yaratmaq və onlara seçim prosesini izah etmək, müxtəlif peşə sahələrinin üstünlüklərini çatdırmaqdır.

Layihə çərçivəsində ilk təlim 9 fevral tarixində Qəbələ rayonu Vəndam qəsəbəsində baş tutub. Təlimdə müxtəlif məktəblərdən yuxarı sinif şagirdləri iştirak edib. Ümumilikdə 43 gənc məktəblinin iştirakı qeydə alınıb. Təlimlər Şahin Rəhmanlı və Malik Bağırov tərəfindən həyata keçirilib.

Layihənin ikinci mərhələsi olan 10 fevral tarixində isə Balakən rayonunda növbəti təlim baş tutub. Müxtəlif məktəblərdən yuxarı sinif şagirdlərinin iştirak etdiyi təlimdə ümumilikdə 38 gənc qeydə alınıb.



aia.az
Geri dön