Ana Sayfa > Gündəm > İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi

İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi


14-02-2019, 15:51. Yazar: sevinc1
İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

BakuPost-un məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası barədə təkliflərini də altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

aia.az
Geri dön